FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb.

İqtisadiyyat.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK (Afina) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.