Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev CEV kubokunun oyununa təyinat alıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) turnirin 1/8 final mərhələsinin bir matçını ona həvalə edib.

Fuad Ağayev kişi voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “Cez Karlovarsko” klubları arasında baş tutacaq qarşılaşmada birinci hakim olacaq. Matçda ikinci hakim kimi italiyalı Rosselya Piana fəaliyyət göstərəcək.

Atatürk Voleybol Salonunda bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq