"Aleksandriya"nın azərbaycanlı futbolçusu Emil Mustafayev Ukrayna klubunda fevral-mart aylarının ən yaxşı futbolçusu seçilib.

İqtisadiyyat.az xəbər verir ki, həmyerlimiz qış fasiləsindən sonra komandası üçün uğurlu performans ortaya qoyub. O, geridə qalan iki ayda iki qol, iki assistlə yadda qalıb.

Mustafayev azarkeşlərin səsverməsi nəticəsində hamını qabaqlayıb. 21yaşlı yarımmüdafiəçinin "Aleksandriya" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.