Albaniyanın "Eqnatia" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli komandasını tərk edəcək.

İqtisadiyyat.az xəbər verir ki, futbolçu instaqram hesabında hekayə paylaşaraq komanda yoldaşları ilə sağollaşıb.

Qeyd edək ki, Vüsal İsgəndərlini Azərbaycan Premyer Liqasının bir neçə klubu və Türkiyə klubları transfer etmək istəyir.