“Forbes” jurnalı Rusiyanın ən varlı 25 qadının adlarını açıqlayıb.
İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlanan reytinqdə “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərovun həyat yoldaşı Larisa Ələkbərovanın da adı var. O, sərvətinə görə 23-cü yerdə qərarlaşıb. Bildirilir ki, L.Ələkbərovanın 180 milyon dollar sərvəti var.
Reytinqin ilk pilləsində "Inteco Management" şirkətinin prezidenti Elena Baturina qərarlaşıb. Onun sərvəti 1,2 milyard dollar dəyərində qiymətləndirilib.
İkinci yerdə "Wildberries" onlayn geyim mağazasının baş direktoru Tatyana Bakalçuk (1 milyard dollar), üçüncü yerdə isə Tatyana Kovalçuk (600 milyon dollar) qərarlaşıb. 
İlk beşlikdə Monako futbol klubunun prezidenti Dmitri Rybolovlevin keçmiş həyat yoldaşı Elena Rybolovleva və “Lebedyansky” zavodunun keçmiş səhmdarı Olqa Belyavtseva da var.