2022-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 848.9 mln. dollar artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə Balansında məlumat yayımlanıb.

Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa xarici investisiyalar (-36.3 mln. dollar), portfel investisiyaları (119.2 mln.dollar) və digər investisiyalar (766 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə, ölkənin xalis maliyyə öhdəlikləri isə 346.7 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa xarici investisiyalar (-1 027.9 mln.dollar), neft bonusu (450.2 mln.dollar), portfel investisiyaları (-48.8 mln.dollar) və digər investisiyalar (279.8 mln.dollar) hesabına formalaşıb.