Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 199,7 milyon dollar dəyərində olub. Bu da son 5 ilin ən yüksək səviyyəsidir.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,6 milyon dollar çoxdur.

2019-2023-cü illər ərzində ölkənin şəkər idxalına çəkdiyi xərc aşağıdakı kimidir:

 

İllər

Xərc

2019-cu il

114,1 milyon dollar

2020-ci il

109,1 milyon dollar

2021-ci il

149 milyon dollar

2022-ci il

171 milyon dollar

2023-cü il

199,7 milyon dollar

 

Gözəl Həşimova