Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 510,3 milyon manatlıq əməliyyat aparılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5% çoxdur.

Yarımillik göstəricinin 3 milyard 487 milyon manatlıq hissəsi ilkin bazarda (25,2% az), 5 milyard 023,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (41% çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 5 582 əqd bağlanılıb. Bu, illik müqayisədə 14,2% çoxdur. Əqdlərin 1 204-ü ilkin bazarın (25,7% çox), 4 378-i isə təkrar bazarın (11,5% çox) payına düşüb.

Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3 milyard 184 milyon manatlıq hissəsi və yaxud 37,4%-i dövlət qiymətli kağızlarının, 1 397,2 milyon manatlıq hissəsi və yaxud 16,4%-i korporativ qiymətli kağızların, 3 milyard 929 milyon manatlıq hissəsi və yaxud 46,2%-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 28,4% az, 75,2% çox və 32% çoxdur.

6 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 407-si və yaxud 25,2%-i dövlət qiymətli kağızlarının, 1 825-i və yaxud 32,7%-i korporativ qiymətli kağızların, 2 350-si və yaxud 42,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 40,4% çox, 24,7% az və 61% çoxdur.