"Ötən gün Azərbaycanda baş vermiş zəlzələ nəticəsində Bakı-Novorossiysk neft kəmərinə ziyan dəyməyib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Transneft"in rəsmi nümayəndəsi İqor Demin "TASS"a bildirib.

Onun sözlərinə görə, "Samur" neft nasos stansiyası üçün də mənfi fəsadlar müəyyən edilməyib:

"17 oktyabr saat 01:37-də Azərbaycan ərazisində, episentri Dərbənd şəhərindən 200 km cənubda, yerin 2 km dərinliyində maqnitudası 4, intensivliyi 5,5 bal olan zəlzələ baş verib. Sorğunun nəticələrinə görə, episentrdən 250 km radiusda yerləşən Bakı-Novorossiysk magistral neft kəmərinin və Samur neft nasos stansiyasının infrastruktur obyektlərinin işində nasazlıqlar aşkar edilməyib".

 

Gözəl Həşimova