Azərbaycan səhm bazarında dövriyyədə olan 2,9 milyard AZN nominal həcmdə səhmlərin böyük bir hissəsini dövlətə məxsus və ya aidiyyatı olan şirkətlərin səhmləri təşkil edir.

Bu barədə Unicapital İnvestisiya Şirkəti həftəlik təhlilində məlumat verib 

Bildilir ki,bundan da ən böyük pay 43% Azərbaycan Beynəlxalq Bankının səhmlərinə düşür. Bank səhmləri arasında isə Beynəlxalq Bankdan sonra ən böyük paya Kapital Bank, Yelo Bank, Expressbank və Unibank sahibdir.