Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlanıb.

Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirliyin səkkiz əməkdaşı COVID-19-a yoluxub. 

“Onlardan yeddisi kişi, biri qadındır. Əməkdaşlarımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir neçə gün öncə nazirliyin üç əməkdaşında koronavirus aşkarlanmışdı.Oxu.az