Bu ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.

İqtisadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin III rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,6 %), tikinti (14,9 %) və topdan və pərakəndə ticarət (13,6%) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (2,4 milyard manat artım) və tikinti (2 milyard manat artım) olub.