Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1882,6 min və ya 2,1 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, daşımaların 99,6%-i dövlət, 0,4%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 15,3 faiz azalaraq 347,8 min ton olub”, - məlumatda qeyd olunur.