Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinın gəlirlərinin 1 milyard 757 milyon manatının və yaxud 4,8 %-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 19,1 % və ya 282 milyon manat çoxdur.