Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 1 milyard 810 milyon manatının və yaxud 5 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,5 % və ya 85 milyon manat azdır.