“Bu il əmək haqqı fondu 23 milyard manata çatdırılacaq”.

İqtisadiyyat.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında belə deyib.

“Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əmək haqqı fondudur. Ötən ilin son göstəricisinə görə, əmək haqqı fondu 21 milyard manatdan bir az artıqdır. Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18 %-ə çatmır. Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Bizim üçün ən vacib məsələ əmək haqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən qidalana bilsin”, – deyə Palata sədri bildirib.