Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsi gəlirlərinin 359 milyon manatının və yaxud 1 %-nin dövlət rüsumu üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,4 % və ya 5 milyon manat çoxdur.