2024-cü ilin yanvar-may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289.929 şəxs qəbul edilib və onlara 437.692 sayda xidmət göstərilib.

Bu barədə İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, göstərilən xidmətlərin 164 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 96 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Qeyd edək ki, cari ilin yanvar – may ayları ərzində ümumilikdə 151.318 müraciət üzrə 250.422 Asan İmza sertifikatı verilib.