Azərbaycan və Türkiyənin fond birjaları əməkdaşlığı daha da gücləndirmək barədə ümumi razılıq əldə edilib.

İqtisadiyyat.az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, "Borsa İstanbul"un dəvəti ilə BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov oktyabrın 26-27-də İstanbulda işgüzar səfərdə olub. O, səfər zamanı "Borsa İstanbul", MKK (Türkiye Sermaye Piyasaları – Merkezi Saklama ve Veri Depolama Kuruluşu) və "Takas İstanbul" (İstanbul Takas ve Saklama Bankası A.Ş.) ilə rəsmi görüşlər keçirib. Görüşlərdə həm "Borsa İstanbul", həm də digər qurumlarla BFB arasında olan mövcud səmərəli əməkdaşlığın daha yüksək mərhələyə çatdırılması barədə ümumi razılıq əldə edilib.

F.Axundov "Borsa İstanbul"un 150 illik yubileyinə həsr olunmuş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin xüsusi buraxılışla çap etdiyi poçt markasını həmin qurumun rəhbərliyinə təqdim edib.

Xatırladaq ki, BFB-nin səhmlərinin 4,76 %-i "Borsa İstanbul"a məxsusdur.