Azərbaycanın yeniyetmə üzgüçülərdən ibarət millisi Macarıstanın Şopron şəhərində keçirilən beynəlxalq turnirdə 32 medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, imançılarımız yarışda 14 qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.

Turnirdə Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi ölkələrin komandaları da mübarizə aparıblar. Azərbaycan millisi isə yarışda 18 idmançı ilə təmsil olunub. Məryəm Cavadova 3 çempionluq, bir 2-cilik qazanıb.

 

Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Orujli 1 qızıl, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1 bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər