Hayfada (İsrail) sambo üzrə Avropa çempionatı başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, yarışın son günündə gənclər (U-18) döşək üzərinə çıxıb.

Azərbaycan samboçuları bbu yaş kateqoriyasında iki medal qazanıblar. Elsevər Verdiyev (64 kq) finalda uduzub, Amin İsmayılov (53 kq) isə üçüncü olub.

Beləliklə, samboçularımız bütün yaş kateqoriyalarında ümumilikdə 14 mükafat (3 gümüş, 11 bürünc) qazanıblar.