Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Günün ilk matçında "Araz-Naxçıvan" "Səbail"i qəbul edəcək. 

Günün ikinci matçı isə Tovuzda keçiriləcək. "Turan Tovuz"  "Sumqayıt"ı qonaq edəcək.

Misli Premyer Liqası

15-ci tur

2 dekabr

“Araz-Naxçıvan” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

Bakı. “Dalğa Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.

Tovuz şəhər stadionu, 18:30.