Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 123,1 mln ABŞ dolları dəyərində 104,8 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,8 mln ABŞ dolları (18,08%) və 13,2 min ton (14,4%) çoxdur.

Bu ilin yanvar-may ayları ərzində pomidor ixracı Azərbaycanın ümumi ixracının 1,77%-ni təşkil edib.