Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, günün ikinci matçında "Qəbələ" doğma meydanda "Turan Tovuz" klubunu qəbul edib.
Qəbələ şəhər təmsilçisi 4-0 hesabı ilə qalib gələrək turnir cədvəlinin sonuncu pilləsindən xilas olub.
Misli Premyer Liqası
14-cü tur
25 noyabr
“Qəbələ” – “Turan Tovuz” 4:0 (2-ci hissə)
Qollar: Bilel Auaşeriya, 42; 49; 85. Samuel Tetteh, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00.