Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün 30-cu turu geridə qaldı.

İqtisadiyyat.az 30 tur ərzində ən çox penaltidən fərqlənən futbolçuların siyahısını təqdim edir:

1) Ramil Şeydayev (Qarabağ)

Premyer Liqada 17 qolla bombardirlik cədvəlinin 2-ci pilləsini tutan futbolçu bu qollardan 9-unu penaltidən vurub.

2) Emin Mahmudov (Neftçi)

Emin Mahnudov 30 tur ərzində 15 qol vurmağı bacarıb. Bu qollardan 7-sini penaltidən vurub. Hal-hazırda bombardirlik cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

3) İsnik Alimi (Qəbələ)

"Qəbələ" klubunun albaniyalı yarımmüdafiəçisi geridə qalan 30 turda 6 dəfə penaltidən fərqlənib. Ümumi olaraq 8 qol vuran İsnik Alimi məhsuldarlar cədvəlində 8-ci pillədə yerini tutub

4) Runi Eva (Turan Tovuz)

"Turan Tovuz" klubunun kamerunlu futbolçusu Runi Eva vurduğu 12 qoldan 4-ünü penaltidən vurub. 

5) Amil Yunanov (Şamaxı)

"Şamaxı" klubunun hücumçusu vurduğu 6 qoldan 3-ünü penaltidən vurub.

6) Hamidu Keyta (Zirə) , Riçard Almeyda (Qarabağ) və Emanuel Apeh (Sabah)

"Zirə", "Qarabağ" və "Sabah"ın futbolçuları geridə qalan 30 tur ərzində 2 dəfə penatidən fərqlənə biliblər.

7) Ağabala Ramazanov (Səbail), Ahmed Ayzaya (Kəpəz), Kenni Sayef (Neftçi), Aleksey İsayev (Sabah), Elvin Camalov (Sabah), Juninyo (Kəpəz), Dieqo Santos (Sumqayıt), Terrens Tisdell (Sumqayıt) hərəyə 1 dəfə penaltidən fərqlənməyi bacarıblar.