Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, turun ilk matçında "Araz-Naxçıvan" "Səbail"i qonaq edib.

Hərəyə bir qol vuran komandalar 1-1 hesablı bərabərliyə razılaşıblar.

Misli Premyer Liqası

15-ci tur

2 dekabr

“Araz-Naxçıvan” – “Səbail” 1:1

Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3.

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

Bakı. “Dalğa Arena”, 16:00