17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali Makedoniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama vaxtı məlum olub..

İqtisadiyyat.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 18-də keçiriləcək ilk oyun 16:00-da, 20-də təşkil olunacaq qarşılaşma isə saat 14:00-da başlayacaq.