Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasındakı işindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livan Futbol Federasiyası məlumat yayıb. Qurum mütəxəssisi istefaya göndərdiyini bildirib.

Milli Yurçeviçin rəhbərliyi altında 4 oyunda 2 heç-heçə edib, 2 dəfə məğlub olub.

Yurçeviç 2019-cu ilin fevralından dekabrına qədər Azərbaycan yığmasını çalışdırıb.