Bildiyiniz kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimizin İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, millimizi Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.