21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə,  dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər.

Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.