Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri 18, 19, 20, 21 dekabr tarixlərində keçiriləcək.

 “Qarabağ” – MOİK oyununun məkanı hələlik açıqlanmayıb. Amma daha əvvəl bu matçın Xankəndidə keçiriləcəyinə dair məlumat yayılıb.

18 dekabr

14:00. “Kəpəz” – “Sabah”

Tovuz şəhər stadionu

17:00. “Sumqayıt” – “Karvan”

“Kapital Bank Arena”

19 dekabr

13:00. “İrəvan” – “Araz-Naxçıvan”

“ASK Arena”

16:00. “İmişli” – “Qəbələ”

Qəbələ şəhər stadionu

20 dekabr

14:00. “Səbail” – “Şamaxı”

“ASCO Arena”

17:00. “Zirə” – “Turan Tovuz”

Zirə İdman Kompleksinin stadionu

21 dekabr

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”

“Neftçi Arena”

Qeyd: “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb