Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürəcək.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" Tovuz şəhər stadionunda "Sabah"ı qəbul edəcək. Matç saat 14:00-da start götürəcək.

Günün 2-ci matçı isə Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı klubu Yevlaxın "Karvan" klubunu qəbul edəcək.

Azərbaycan Kuboku

1/8 final mərhələsi

18 dekabr

14:00 Kəpəz - Sabah

Tovuz şəhər stadionu

17:00 Sumqayıt - Karvan

"Kapital Bank Arena"