Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" klubu Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, finala gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibindən penaltilər seriyasında üstün olub

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.