Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, 57 kq çəki dərəcində mübarizə aparan idmançı həlledici görüşdə türkiyəli Süleyman Atlıya qalib gəlib.

Əliabbas karyerasında ilk dəfə Avropa çempionu olub.