Belçikanın Purs şəhərində (Antverpen) apreil 6-9-da Dünya Kuboku təşkil olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, turnirdə Azərbaycan gimnastları da mübarizə aparacaq.

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri, qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli, qadın qrupu Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri isə eyni tarixdə adıçəkilən şəhərdə keçiriləcək “Flanders Acro Cup” beynəlxalq turnirində iştirak edəcəklər.