Hakimlərimiz Sofiya Açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Fariz Hüseynov və Arzu Acalova 11-12 fevralda Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb.

Olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışda qadınlar arasında -63 kq. və -78 kq. çəkilərdə bürünc medal uğrunda görüşləri idarə edib.

"A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova isə qadınlar arasında -52 kq. çəkidə bürünc medal uğrunda görüşü və -78 kq. çəkidə final görüşü idarə edib.