Azərbaycanın 2024-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limiti) 2,3 milyard manatdan 2,7 milyard manata çatdırılması, xarici dövlət borclanmasının yuxarı həddinin isə 1,7 milyard manat səviyyəsində saxlanılması nəzərdə tutulur.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin 0,7 milyard manatdan 1,1 milyard manata çatdırılması planlaşdırılır.