Polşanın Poznan şəhərində 15-16 apreldə gənclər arasında Avropa Kuboku keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, trnirdə 25 ölkədən 452 idmançı iştirak edəcək. Azərbaycan yarışda 12 çəki dərəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılarımız 17-19 aprel tarixlərində Poznanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.