“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bunu AZAL-ın I vitse-prezidenti Samir Rzayev bildirib.

O, aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.