"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi Beynəlxalq Nəqliyyat Forumunun icazələri üzrə sənəd qəbulunun müddətini 1 ay uzadıb.

İqtisadiyyat.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"2024-cü il üzrə icazə bölgüsündə iştirak etmək istəyən daşıyıcılar https://ayna.gov.az/news/388 linkində qeyd edilən sənədləri 16 noyabr 2023-cü il tarixinə qədər ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər", - deyə qurum bəyan edib.