NASA-nın 1976-cı ildə yanlışlıqla 217 dollara təcrübəçi əməkdaşına satdığı Aya ilk ayaq basan admın görüntüləri hərracda 1 milyon 820 min dollara satılıb.

İqtisadiyyat.Az xarici mediaya istinadla bildirir ki, “Sotheyb-s” muzeyinin sosial şəbəkə hesabındakı paylaşımda, “Apollo 11-in Aya enişinin bu günə qədər qalan ən yaxşı video görüntüləri Nyu-Yorkdakı hərracda 1.8 milyon dollara satıldı” ifadəsi işlədilib.

Bu günə qədər qorunan 3 orijinal lent 2.5 saatlıq görüntlərdən ibarətdir.

Görüntülərdə, kosmonavt Nil Amstrongun Aya ilk ayaq basdığı an və o zamankı ABŞ prezidenti Riçard Niksonun danışığı yer alır. Bu görüntülərin olduğu kasetlər, 1976-cı ildə NASA-nın təcrübəçi əməkdaşı olan Gary Georgiyə yanlışlıqla digər 65 kasetlə birgə hərracda 217 dollar 77 sentə satılmışdı.

NASA-dan aldığı kasetlərin bəzilərini yerli televiziyalara satan Georgi, atasının tövsiyəsi ilə bu 3 kaseti saxlayıb.

Aya insan ayağı dəyməsinin 50 illiyində NASA-nın kasetləri axtarışa verməsindən sonra Georgi, həmin 3 kasetə baxıb və axtarılan görüntülərin əlində olduğunu öyrənib.

 

Mehman Nəbiyev