Avrozonada aprel ayında inflyasiya illik bazda 2,4% olaraq təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avrozona və Avropa İttifaqının (Aİ) aprel ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumata görə, Avrozonada illik inflyasiya sabit vəziyyətdə qalıb. Hesabat dövründə bölgədə aylıq inflyasiya 0,6% olub.

Avropa İtifaqında isə aprel ayında illik inflyasiya 2,6% olaraq təyin olunub. Ötən ay bölgədə aylıq inflyasiya 0,6% təşkil edib. Aprel ayında ən yüksək inflyasiya 6,2% ilə Rumıniya, 4,9% ilə Belçika, 4,7% ilə Xorvatiya, 3,6% ilə Macarıstan və 3,4% ilə Avstriya və İspaniyada olub.

 

Gözəl Həşimova