Ukraynadakı müharibə qlobal silah bazarına böyük təsir göstərib. Belə ki,  Avropanın döyüş təyyarələri, tank və sualtı qayıqlar kimi hərbi texnika idxalı 2014-2018-ci illərlə müqayisədə 2019-2023-cü illərdə təxminən 94% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, önümüzdəki illərdə də Avropa ölkələrinin silah idxalı artacaq. Məlumata görə, ümumillikdə bütün ölkələrdən qlobal silah transferi 3,3% azalıb. Avropanın ən böyük idxalçısı isə regionun ümumi silah idxalının 23%-ni təşkil edən Ukrayna olub.

Rusiya artıq ilk iki silah tədarükçüsündən biri deyil. Belə ki, ölkənin silah tədarükü 53% azalıb. Ən çox silah satan ölkə olan ABŞ-nin ixracı isə 17% artıb.

Bununla belə, Almaniya hələ də dünyada ən çox silah ixrac edən ilk beş ölkə arasındadır. Beş illik müddət ərzində Almaniyanın silah ixracı 14% azalıb.

 

Gözəl Həşimova