Dünya futbolunda bu mövsüm bir çox gənc futbolçu çıxışları ilə diqqət çəkməyə başlayıb.

İqtisadiyyat.az ESPN-ə istinadən Avropa nəhənglərinin radarında olan 7 gənc futbolçunu təqdim edir:

Randal Kolo Muani - Eintracht Frankfurt |  Bundesliqa komandalarından olan “Ayntraxt Frankfurt”da çıxış edən Kolo Muani bu mövsümün əvvəlində transfer haqqı olmadan “Nant”dan alman komandasına transfer olunub.  Dünya çempionatında göstərdiyi performansla adından söz etdirən Muani bu mövsüm 37 oyunda 19 qol vurub, 14 məhsuldar ötürmə edib.  Frankfurt "Ayntraxt"ı 24 yaşlı futbolçu üçün ən azı 65 milyon avro tələb edir.

Mateo Reteqi - Boka Xuniors (Tiqre) |

İtaliya Millisinin yeni favoriti Mateo Reteqi Avropanın bir çox komandalarının siyahısındadır. Ayntraxt Frankfurt Kolo Muaninin ayrılacağı təqdirdə Reteqini siyahıda birinci yerə qoyur, italyan oyunçunun bazar dəyəri isə 16 milyon avrodur. Ötən mövsümü 19 qolla başa vuran 23 yaşlı hücumçu cari mövsümdə 10 matçda 7 dəfə fərqlənməyi bacarıb 

Vitor Roque - Athletico Paranaense |

Keçən il 4,7 milyon avroluq klub rekordu ilə Atletico Paranaense-yə keçən Vitor Roque Braziliya futbolunun ən istedadlı gənc adlarından biri hesab olunur. Bu mövsüm 6 oyunda 4 qol vuran Roke ilk dəfə 25 mart 2023-cü ildə Braziliya Milli Komandasına dəvət alıb. 18 yaşlı futbolçu daha əvvəl Braziliyanın U-20 yığmasında 11 matçda 6 qol vurub.

Giorgi Mamardaşvili - Valensiya |

İspaniya La Liqa komandalarından olan “Valensiya”nın gənc qapıçısı Giorgi Mamardaşvili də Avropa nəhənglərinin radarındadır. Cari mövsüm La Liqada pis qrafik çəkən "Valensiya"nın qapısını qoruyan 22 yaşlı qolkiperin transferi üçün ən azı 25 milyon avro tələb olunur.

Qabri Veyqa - Celta Viqo |

İspaniya La Liqa komandalarından olan “Selta Viqo”da çıxış edən Qabri Veyqa Avropa futbolunun yeni ulduz namizədləri arasındadır. Bu mövsüm "Selta Viqo"da 30 oyun keçirən gənc yarımmüdafiəçi 9 qol vurub, 4 məhsuldar ötürmə edib. Müqaviləsində 40 milyon avroluq sərbəst qalma şərti olan Veyqanı "Real Madrid", "Mançester Yunayted", "Arsenal" və "Liverpul" izləyir.

Kouadio Kone - Borussia Mönhenqladbax | Bundesliqa komandalarından olan "Borussiya Mönhenqladbax"da çıxış edən Kouadio Kone 2021-ci ildə Almaniya komandasına keçib. Fransa Liqa 2-də göstərdiyi performansla diqqət çəkən 21 yaşlı yarımmüdafiəçi üçün Qladbax 10 milyon avroluq  qonorar ödəyib. O, bu mövsüm 26 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Kone ilə maraqlanan komandalar arasında "Çelsi", "Mançester Yunayted", "Liverpul" və PSJ var.

Joao Pedro - Watford |

"Uotford"un gənc hücumçusu Joao Pedronun klubla 2028-ci ilə qədər müqaviləsi var. Növbəti mövsümdə Premyer Liqaya yüksəlmək ehtimalı az olan “Uotford”dan ayrılacağı gözlənilən Pedro bu mövsüm 30 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.