Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarına yaxınlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 15 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 598,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (579,6 dollar) ilə müqayisədə 3,3% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.