Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini dəyişməz saxlayıb və onları 2020-ci ilin ilk yarısınadək olduğu kimi və hətta daha aşağı səviyyədə saxlamağı düşündüyünü bildirib.

Apa-nın Avropa Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcələrinin və marjinal kredit vermə və depozit obyekti üzrə faiz dərəcələrinin dəyişməz müvafiq olaraq 0%, 0,25% və -0,4% səviyyəsində qalması qərarı verilib.