UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

İqtisadiyyat.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində bu ada Almaniya "Bayer"indən Adam Qlojek, İtaliya "Yuventus"undan Adrien Rabyo, İspaniya "Sevilya"sından Yussef En-Nesiri və İtaliya "Roma"sından Nemanya Matiç iddia edir.

Konfrans Liqasında isə həftənin ən yaxşısı olmağa namizədlər İtaliya "Fiorentina"sından Yesper Kalström, İngiltərə "Vest Hem"indən Maykl Antonio, İsveçrə "Bazel"indən Jan Kevin Oqyüsten və Niderlandın "AZ Alkmaar" komandasından Vangelis Pavlidisdir.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.