Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, "Feyenoord" azarkeşləri önündə "Roma"nı minimal hesabla məğlub edib.

"Yuventus" "Sportinq"ə qalib gəlib. "Mançester Yunayted" iki top fərqlə öndə olduğu görüşdə "Sevilya" ilə heç-heçə edib. 

Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

13 aprel

Feyenoord (Niderland) - Roma (İtaliya) - 1:0

Qol: M.Veyfer, 53

 

Bayer (Almaniya) - Yunion (Belçika) - 1:1

Qollar: F.Virts, 83 - V.Bonifeys, 51

 

Yuventus (İtaliya) - Sportinq (Portuqaliya) - 1:0

Qol: F.Qatti, 73

 

Mançester Yunayted (İngiltərə) - Sevilya (İspaniya) - 2:2

Qollar: M.Sabitser, 14, 21 - X.Navas, 85, Y.En Nesri, 90+3