"Avropa İttifaqı (Aİ) ildə bir milyon mərmi istehsal etmək niyyətindədir, lakin Aİ ölkələri mart ayına qədər Ukraynaya söz verdikləri sayda mərmi çatdıra bilməyəcəklər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndələri Yohanna Bernsel və Piter Stano bildiriblər.

"İllik istehsal bir milyona çatacaq, biz buna əminik", - Bernsel deyib.

Bununla belə, o qeyd edib ki, Aİ-nin Kiyevə bir il əvvəl söz verdiyi kimi 2024-cü ilin martına qədər bir milyon sursat verəcəyinə əminlik yoxdur.

Stano isə qeyd edib ki, Ukraynaya bir milyon döyüş sursatı veriləcəyi vədi siyasi məqsəddir.