Avropa İttifaqı (Aİ) Ukraynanın silahlı qüvvələrini təmin etmək üçün xüsusi fond yaratmağı və ona dörd il ərzində 20 milyard avro ayırmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Politico"ya istinadən xəbər verir.

Məlumata görə, fond həmçinin, Ukrayna əsgərlərinin təlimini də ödəyəcək.

Əlavə edək ki, hərbi maliyyələşdirmə ilə bağlı yeni təklif  Aİ ölkələrinə göndərilib.

 

Gözəl Həşimova